UEFA millimizlə oyunda “qırmızı” alan hücumçuya nə cəza kəsdi?

13:40 Milli komanda 131
UEFA millimizlə oyunda “qırmızı” alan hücumçuya nə cəza kəsdi?

Litva millisinin hücumçusu Armandas Kuçis UEFA tərəfindən iki oyunluq diskvalifikasiya edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.

UEFA-nın İntizam Komitəsi oktyabrın 14-də futbolçunun cəzasını rəsmən təsdiqləyib.

Kuçis Azərbaycan ilə UEFA Millətlər Liqasının Bakıdakı son oyununda (1:0) birbaşa qırmızı vərəqə aldığı üçün Litva yığmasının növbəti iki qarşılaşmasını buraxacaq.

Beləliklə, 2026-cı ildə Kuçisi Litva millisinin formasında bir daha meydanda görməyəcəyik.

Litva Millətlər Liqasındakı çıxışını noyabrın 16-da evdə Lixtenşteynə qarşı keçirəcəyi oyunla başa vuracaq.

Komanda bundan əvvəl də bir yoldaşlıq görüşü keçirəcək. Rəqibin adı yaxın vaxtlarda açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti