"Qarabağ"da futbol mərcləri və hüquqi nəticələri ilə bağlı seminar təşkil olundu - FOTOLAR

08:10 Qarabağ 95
"Qarabağ"da futbol mərcləri və hüquqi nəticələri ilə bağlı seminar təşkil olundu - FOTOLAR

"Qarabağ"ın akademiyasında futbol mərcləri və bu fəaliyyətin hüquqi nəticələri ilə bağlı maarifləndirici seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən tədbirdə futbolçulara oyunlara mərc etməyin mahiyyəti, mövcud qanunvericilik və qanun pozuntularının hüquqi nəticələri haqqında detal məlumat verilib.

Tədbirin əsas məqsədi idmançıların məsuliyyətli davranışa təşviq edilməsi və hüquqi məlumatlılığının artırılması olub.

Seminar çərçivəsində mövzunun daha yaxşı mənimsənilməsi üçün interaktiv tapşırıqlar və sual-cavab sessiyaları da təşkil edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM