“Kəpəz”də səsvermə oldu, “qızıl top”un qaliblərini seçdilər - FOTO

02:40 Kəpəz 92
“Kəpəz”də səsvermə oldu, “qızıl top”un qaliblərini seçdilər - FOTO

Fransanın məşhur “France football” jurnalının təsis etdiyi “Ballon d’Or” (“qızıl top”) mükafatının 2026-cı il üçün qalibləri bir neçə gündən sonra məlum olacaq.

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in mətbuat xidməti bununla bağlı komanda üzvləri arasında sorğu aparıb.

Baş məşqçi Azər Məmmədov və futbolçuların qatıldıqları səsvermə 3 nominasiya üzrə (“İlin ən yaxşı futbolçusu”, “İlin ən yaxşı qapıçısı” və “İlin ən yaxşı məşqçisi”) keçirilib. Yekunda maraqlı nəticələr qeydə alınıb.

Belə ki, “sarı-göylər” “Barselona”lı Lamin Yamal, “Arsenal”ın qapıçısı David Raya və PSJ-nin baş məşqçisi Luis Enrikeyə üstünlük veriblər.

“Qızıl top” mükafatına nominantlar 3 avqust 2025-ci ildən 19 iyul 2026-cı ilə qədər olan göstəriclərə əsasən müəyyənləşdirilib. Ballon d’Or-un qalibləri 26 oktyabr 2026-cı ildə Londonda rəsmən açıqlanacaq.

“Kəpəzi”in seçimi

İlin ən yaxşı futbolçusu:

Lamin Yamal (“Barselona”, İspaniya yığması) – 11 səs

Lionel Messi (“İnter Mayami”, Argentina yığması) – 10 səs

Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan yığması) – 3 səs

Kilian Mbappe (“Real Madrid”, Fransa yığması) – 2 səs

Maykl Olise (“Bavariya”, Fransa yığması) – 1 səs

İlin ən yaxşı qapıçısı:

David Raya (“Arsenal”, İspaniya yığması) – 9 səs

Unai Simon (“Atletik Bilbao”, İspaniya yığması) – 7 səs

Emiliano Martines (“Çelsi”, Argentina yığması) – 4 səs

Tibo Kurtua (“Real Madrid”, Belçika yığması) – 3 səs

Xuan Qarsiya (“Barselona”, İspaniya yığması) – 2 səs

Vozinya (“Kolo-kolo”, Kabo-Verde yığması) – 1 səs

Yassin Bunu (“Əl-Hilal”, Mərakeş yığması) – 1 səs

İlin ən yaxşı məşqçisi:

Luis Enrike (PSJ) – 19 səs

Mikel Arteta (“Arsenal”) – 5 səs

Luis de la Fuente (İspaniya yığması) – 3 səs

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM