“Barselona” yarımmüdafiəçisi Mark Bernalla müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni anlaşmada Kataloniya təmsilçisinin yetirməsinin sərbəstqalma məbləğinin 500 milyon avro olacağı bildirilir.
Dani Olmo, Pau Kubarsi, Fermin Lopes və digər futbolçuların müqavilələrində də eyni məbləğdə sərbəstqalma bəndi var.
Pedri, Rafinya Dias və komandanın bir neçə əsas oyunçusu üçün isə bu məbləğ 1 milyard avro təşkil edir.
19 yaşlı Bernal bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib.
Onun komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
