“Sabah”ın hücumçusu Çempionlar Liqasının tarixinə düşdü

02:50 Sabah 86
“Sabah”ın hücumçusu Çempionlar Liqasının tarixinə düşdü

“Sabah”ın hücumçusu Coy-Lens Mikels tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard Ruanda futbolunda ilkə imza atıb.

Mikels bunu Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Çexiya “Slaviya”sı ilə oyunda reallaşdırıb.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə “Sabah”ın ikinci qolunun müəllifi olan Mikels qitənin ən nüfuzlu klub turnirində fərqlənən ilk Ruanda vətəndaşı kimi tarixə düşüb.

Mikels 88-ci dəqiqədə qol vurmaqla matçın nəticəsini müəyyənləşdirib – 2:0. Əslən Almaniyadan olan hücumçu bu ildən Ruanda millisinin formasını geyinir.

“Sabah” Çempionlar Liqasında növbəti oyununu oktyabrın 20-də Bakıda Dortmund “Borussiya”sına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM