Pul cəriməsinə məruz qaldı - Klub rəhbərliyini tənqid etdiyi üçün

22:00 İngiltərə 108
Pul cəriməsinə məruz qaldı - Klub rəhbərliyini tənqid etdiyi üçün

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines klub rəhbərliyinin fəaliyyətini tənqid etdiyinə görə cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu argentinalı futbolçunu pul cəriməsinə məruz qoyub.

Martinesin cəriməni ödəməsi və ictimaiyyət qarşısında üzr istəməsindən sonra “qırmızı şeytanlar” bu məsələnin həll olunduğunu düşünürlər və mövzuya yenidən qayıtmağı planlaşdırmırlar.

28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib və 1 qol vurub.

“Mançester Yunayted” oktyabrın 18-də, Premyer Liqanın 7-ci turunda səfərdə “Lids”lə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti