"Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir"

03:30 Sabah 59
"Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir"

"Sabah"ın U-19 komandasının əsas hədəfi oyundan-oyuna inkişaf etməkdir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a baş məşqçi Adino Mustedanaqiç bildirib.

Xorvatiyalı mütəxəssis komandasının inkişaf etdiyini söyləyib:

"Əsas komandamız Çempionlar Liqasında iştirak hüququ qazandıqda U-19 komandamızın da UEFA Gənclər Liqasında mübarizə aparacağı məlum oldu.

Biz dərhal məqsəd və gözləntilərimizi müəyyənləşdirdik. Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir. Qarşıdakı görüşlərdən də gözləntimiz budur".

O, keçirdikləri matçları şərh edib:

"Mançester Yunayted"lə oyunda əsasən müdafiə olunur, demək olar ki, yalnız qapımızı qoruyurduq.

"Slaviya" ilə qarşılaşmada isə daha irəlidə oynamağa, topu saxlamağa çalışdıq və qapıya daha çox zərbə endirdik. Bu da komandanın inkişaf etdiyini göstərir".

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM