“Sevinməliyik” - Almaniyalı hücumçu “Neftçi”dən nə söylədi?

13:00 Müsahibə 158
“Sevinməliyik” - Almaniyalı hücumçu “Neftçi”dən nə söylədi?

7-ci turun mərkəzi qarşılaşmasından qol səsi çıxmadı.

“Neftçi” – “Sabah” duelində hər iki komandanın fərqlənmək imkanları olsa da, matç qolsuz bərabərliklə başa çatdı.

“Bayquşlar”ın almaniyalı hücumçusu Coy-Lens Mikels Sportinfo.az-ın suallarını cavablandırıb.

- Çətin keçən oyunda 1 xal qazandınız. Məyussan, yoxsa sevincli?

- Məncə, sevinməliyik. 10 futbolçumuzun milli komandaların düşərgəsindən qayıtdığını nəzərə alsaq, nəticə qənaətbəxş sayıla bilər. Bəzi futbolçularımız iki gün öncə qoşulmuşdu, bəziləri dünən gəlib. Nəticəyə görə məyus deyilik. Amma onu da bilirəm ki, daha yaxşısını edə bilərik.

- “Sabah” qələbə qazana bilmədi, yoxsa “Neftçi” buna imkan vermədi?

- Hər iki komandanın yaxşı imkanları var idi. Mən özüm də qol vura bilərdim. Həm “Neftçi”, həm də biz qalib gələ bilərdik. Məncə, 1 xal hər iki komandanı qane etməlidir.

- Builki “Neftçi” əvvəlki illərlə müqayisədə daha maraqlı görünür. Deyilmi?

- Çempionluq uğrunda bir neçə komandanın mübarizə aparması çempionatın səviyyəsini yüksəldir. Razıyam, “Neftçi” bu gün daha hərəkətli və istəkli göründü. Əsas rəqibimizdən olmasına baxmayaraq, onlara uğurlar arzulayıram. Lakin “Sabah”ın hədəfi dəyişmir - çempion olmalıyıq.

- Özündə bağlı hədəfin nədir? Növbəti dəfə bombardirlik?

- Niyə də yox?! (gülür) Amma bundan öncə “Sabah”ın uğurlu nəticələr qazanmasıdır. İkisi bir yerdə olsa, buna yalnız sevinərəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti