Dünya çempionatında daha bir gümüş medal Günaydan gəldi

04:10 Güləş 75
Dünya çempionatında daha bir gümüş medal Günaydan gəldi

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-ın Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.

Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub.

Azərbaycan güləşçilərindən daha əvvəl Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb. Oktyabrın 18-dək davam edəcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM