Şeydayev az-maz oynadı, “Rotor”a qalib gəldilər

07:20 Bizimkilər 109
Şeydayev az-maz oynadı, “Rotor”a qalib gəldilər

Ramil Şeydayevin formasını geyindiyi "Soçi" Rusiya Birinci Liqasında 14-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Rotor"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Matçdakı yeganə qolu 17-ci dəqiqədə İrakli Manelov öz qapısından keçirib.

Ramil də bu oyunda iştirak edib. O, 83-cü dəqiqədə Aleksandr Metsievin əvəzinə meydana çıxıb.

"Soçi" hazırda 29 xalla ikinci pillədədir. Şeydayevin komandası lider “Pari NN”dən 5 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM