“Qarşıda nə olacaq, bilmirəm - Nəyimiz varsa, onunla da davam edəcəyik”

00:50 Araz-Naxçıvan 83
“Qarşıda nə olacaq, bilmirəm - Nəyimiz varsa, onunla da davam edəcəyik”

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la (2:1) görüşündən sonra sualları cavablandırıb.

- Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz.

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?

- Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...

- Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?

- Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?

- Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM