“Bilirəm ki, baş məşqçi məni izləyəcək”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski deyib.
Hazırda Polşada “Veçista Krakov”un formasını geyinən 26 yaşlı qolkiper yenidən Polşa millisinə dəvət almaq istədiyini bildirib:
“Sadəcə, mümkün qədər yaxşı oynamalı və az qol buraxmalıyam. Əlimdən gələn budur.
Dəvət alacağıma ümid bağlamıram, amma çağırsalar, sevinərəm. Bu mövqeyə çoxlu namizəd var.
Ona görə də milliyə düşmək və orada qalmaq üçün daha da yaxşı olmalıyam”.
