Valdas Dambrauskas Qurban Qurbanovun ayaqqabısını oğurlamasa da…

19:40 Köşə 248
Valdas Dambrauskas Qurban Qurbanovun ayaqqabısını oğurlamasa da…

Sanki bir yuxudu bu.

Şirin bir yuxu.

Ayılmaq istəmirsən, gözünü açmaq istəmsirsən.

Qorxursan. Ehtiyat edirsən. Ki, birdən gözümü açaram, bu mənzərə dağılar, gerçəyin başqa cür olduğunu anlayar, pis olaram.

Yox, bu, yuxu deyil daha! Bu, «Sabah»dır.

Gerçək «Sabah».

Yuxunu həqiqətin bir anına, parçasına, özünə çevirən «Sabah».

İlk dəfə iştirak etdiyi Çempionlar Liqasında pley-offadək irəliləməyi bacaran, liqa mərhələsinin qapısını döyən «Sabah»a nə tərif yağdırsaq, yenə azdır.

İndi sözün də qüdrəti çatmır ki, klub rəhbərliyinin, Valdas Dambrauskasın və onun futbolçu ansamblının işini, əzəmiyyətini, əziyyətinin qiymətini müəyyən etsin.

Ən yeni tarixi yazırlar onlar. İri addımlarla, qızıl hərflərlə.

TNS, «KuPS» və «Orhus» - bu üçlüyə daxil olanlar bir xəttin üzərindədir. Uels, Finlandiya və Danimarka çempionları atletik futbolun keşikçiləridir.

«KuPS» TNS-dən, «Orhus» da «KuPS»dən səviyyəcə bir xeyli öndə komandadır.

Hərəsinin öz ölkəsinin futbolunda bir yeri, dəyəri var, amma heç biri «Sabah» deyil, o mərtəbəyə qalxmayıb.

Bu «Sabah» dünənki «Qarabağ»ın özüdür. Onun kiçik qardaşıdır.

Dünənki «Qarabağ»ı bugünkü «Sabah»da görür və xatırlayırıq.

Valdas Dambrauskas Qurban Qurbanovun ayaqqabısını geyinməsə də, yerişini yeriyir - inamla, şəstlə və qürur verə-verə///

ELNUR

Xəbər Lenti