“Fulhem”in baş məşqçisi Alvaro Arbeloanın komandadakı fəaliyyəti klub daxilində suallar doğurur.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Fulhem”in nəticələri ispaniyalı mütəxəssisin rəhbərliyi altında ürəkaçan deyil. London təmsilçisi Premyer Liqanın ilk 6 turundan sonra cəmi 2 xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Bəzi futbolçular Arbeloadan narazıdır. Onların məşqçinin iş metodlarına dair şübhələri hələ mövsümöncəsi hazırlıq zamanı yaranıb.
Komandanın üzvləri 43 yaşlı mütəxəssisin məşqlərinin keyfiyyətinin əvvəlki baş məşqçi Marko Silvanın dönəmi ilə müqayisədə xeyli aşağı olduğunu düşünürlər.
Arbeloanın “Real”dan üç futbolçu – Qonsalo Qarsiya, Sezar Palasios və Manuel Anxeli komandaya dəvət etməsi də kollektiv daxilində narazılığa səbəb olub.
