Əsl həqiqət - Azərbaycanda milliyə dəvət necə qazanılır?

10 Oktyabr 23:00 Milli komanda 170
Əsl həqiqət - Azərbaycanda milliyə dəvət necə qazanılır?

Albaniyada legioner həyatı yaşayan Zamiq Əliyev mətbuata açıqlamasında milli komandadan dəvət gözlədiyini açıq şəkildə dilə gətirib.

Futbolçunun mövqeyi başadüşüləndir. Xaricdə oynayan, mütəmadi meydana çıxan hər bir azərbaycanlı futbolçu milli formanı geyinmək istəyir.

Reallıq var: milli komandaya dəvəti arzulamaq başqa şeydir, dəvətə layiq olduğunu sübut etmək tamam başqa.

Zamiqin açıqlamasını emosiyadan çıxarıb reallıq üzərindən qiymətləndirmək lazımdır. Bu gün Azərbaycan millisinin müdafiəsinin mərkəzində Bədavi Hüseynov, Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Rahil Məmmədov kimi futbolçular var. Ü

stəlik, Bəhlul Mustafazadə də bu mövqenin əsas namizədlərindəndir. Sadəcə zədə üzündən hazırkı toplanışda iştirak etmir.

Bəli, Zamiq Albaniyanın “Eqnatiya” klubunda oynayır. Bəli, Albaniya təmsilçisində mütəmadi oyun praktikası qazanması onun üçün ciddi üstünlükdür. Bəli, legioner həyatı yaşayan futbolçunun milli komandanın üzvü olmaq istəməsi tamamilə təbiidir.

Amma milliyə dəvətin əsas meyarı klubun hansı ölkəni təmsil etməsi və futbolçunun xaricdə oynaması yox, milli səviyyədə nə edəcəyi, nə verə biləcəyidir.

Əliyev Azərbaycanda kifayət qədər oyun keçirib, millinin heyətində meydana çıxıb. Kifayət qədər görmüşük və nəyə qadir olduğundan xəbərdarıq. Yəni söhbət tanımadığımız, heç vaxt sınanmamış futbolçudan getmir.

Səbəbkar öz performansı ilə millidəki mərkəz müdafiəçilərindən aşkar şəkildə üstün olduğunu göstərməyib. Ona görə də “mütləq çağırılmalı idi” fikrini qəti şəkildə ortaya qoymaq düzgün deyil.

Yığmanın qapıları onun üzünə bağlanmayıb. “Eqnatiya”dakı çıxışı ilə özünü daha da inkişaf etdirə, yüksək səviyyəyə qalxa və Ayxan Abbasova “mən də varam” mesajını göndərə bilər. Milliyə dəvət bu cür qazanılır, danışmaqla, “mən niyə yoxam”la yox.

İndinin reallığı budur ki, Zamiq Əliyev milli müdafiə xəttinin yükünü çiyinlərinə götürəcək səviyyədə olduğunu tam sübut etməyib.

Ən yaxşı halda özünü Rahil Məmmədovla müqayisə edə bilər. Bundan artığını iddia etmək üçün Albaniya klubunda daha çox iş görmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”