Beşinci yer, 10 xal, 5000 manat - AFFA borclu qalmayacaq

18:00 Milli komanda 205
Beşinci yer, 10 xal, 5000 manat - AFFA borclu qalmayacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq ilə üz-üzə gəlib.

B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurub.

U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.

Gənclərin bu nəticəsi AFFA rəhbərliyi tərəfindən qiymətləndiriləcək. Qalibiyyət münasibətilə əməyi keçən hər futbolçuya 5000 manat mükafat ödəniləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti