Azərbaycan klubundan FANTASTİK ÖDƏMƏ! - O qədər pul verdilər ki…

20:40 Sabah 290
Azərbaycan klubundan FANTASTİK ÖDƏMƏ! - O qədər pul verdilər ki…

Tarixində llk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan «Sabah»ın futbolçularına nə qədər mükafat ödədiyi dəqiqləşib.

Bu yerə gəlib çıxmaq üçün 3 təsnifat və 1 pley-off mərhələsi keçən «bayquşlar» bütün matçlarda meydana çıxan oyunçularının hər birinə 200 min manat verib.

Ölkə çempionu bölgünü standart aparmayıb.

Mükafatın hesablanması prosesində qarşılaşmaların önəmi və futbolçuların yaşıl sahədə keçirdiyi dəqiqələr, aldıqları qiymətlər, verdikləri paslar və vurduqları qollar əsas götürülür. Buna əsasən, komanda üzvlərindən 150 min manat alan da var, 100 minlə kifayətlənən də.

Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq klubun büdcəsinə böyük məbləğdə gəlir gətirib.

Bakı təmsilçisi turnirdə indiyədək ən azı 20 milyon 175 min avro mükafat əldə edib.

Pley-offda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə görə məğlub etməsi “bayquşlar”a bir gecədə 11 milyon avrodan çox əlavə qazanc gətirib.

Çempionlar Liqasının Liqa mərhələsinin 36 iştirakçısının hər birinə 18,62 milyon avro ödənilir. “Sabah” Liqa mərhələsini sonuncu - 36-cı pillədə başa vursa və bir xal qazanmasa belə, əlavə 275 min avro əldə edəcək.

Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlərdən isə Bakı təmsilçisinin minimum 1,28 milyon avro qazanacağı gözlənilir.

Məbləğ bununla da məhdudlaşmaya bilər. Liqa mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, hər heç-heçəyə görə isə 700 min avro mükafat nəzərdə tutulub.

Müqayisə üçün, “Sabah” pley-offda “Hapoel”ə uduzaraq Avropa Liqasına düşsəydi, klubun indiki mərhələdə ümumi qazancı təxminən 8,97 milyon avro olacaqdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti