UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçirilən ev oyunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu 65-ci dəfə yığmanın heyətində meydana çıxıb.
90 dəqiqəni əvəz edilmədən keçirən Emreli yığmada 65 matça çatan 14-cü oyunçu olub. O, bununla aktivində 65 görüş olan sabiq müdafiəçi Emin Ağayevə çatıb.
Mahiri qabaqlayanlar arasında milli karyerasını davam etdirən kapitanlar Bədavi Hüseynov və Emin Mahmudov da var.
Milli tarixində ən çox oyun keçirənlər:
| Futbolçu | Oyun | Qol |
|---|---|---|
| Rəşad Sadıqov | 111 | 5 |
| Bədavi Hüseynov | 84 | 1 |
| Maksim Medvedev | 81 | 4 |
| Aslan Kərimov | 80 | 0 |
| Kamran Ağayev | 79 | -119 |
| Qara Qarayev | 77 | 0 |
| Mahir Şükürov | 76 | 4 |
| Mahmud Qurbanov | 75 | 1 |
| Tərlan Əhmədov | 75 | 0 |
| Ramil Şeydayev | 69 | 10 |
| Emin Mahmudov | 68 | 16 |
| Qurban Qurbanov | 68 | 14 |
| Emin Ağayev | 65 | 1 |
| Mahir Emreli | 65 | 7 |
