“Bu toplanışın üstün cəhəti o oldu ki, heyətimizdəki futbolçuların əksəriyyəti öz klublarında əsas heyətdə, ilk “11-lik”də çıxış edir”.
Sportinfo.az xəbər verir ki, U-21 millisinin hücumçusu Ağadadaş Salyanski belə deyib.
O, toplanışın əsas üstünlüklərindən birinin futbolçuların klublarında müntəzəm oynaması olduğunu bildirib:
“Bu da bizim üçün müəyyən mənada kömək oldu. Bir var klubunda oynamırsan, toplanışa gəlirsən və oyun praktikasının olmamasını hiss edirsən.
Bir də var, müntəzəm oynayırsan, toplanışa gəlirsən və bacarığını meydanda daha rahat göstərə bilirsən.
Əsas məsələ də bu idi. Nəticədə yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq”.
