AFFA həkimi olmayan rayon klublarını cərimələdi

17 Oktyabr 02:30 Problem 35
AFFA həkimi olmayan rayon klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan II Liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Bir neçə kluba futbolçularının vərəqə almalarına görə cərimələr tətbiq edilib.

“Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 250 manat cərimə edilib.

“Şəmkir” - “Hypers” oyununda “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 200 manat cərimə edilib.

“Marafon” - “Ağdaş” oyununda isə “Ağdaş” komandasının həkimi olmadığına görə klub 100 manat cərimə edilib. Həmin matçda “Ağdaş” komandasının ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə klub 100 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti