“Sabah”ın yarımmüdafiəçisi Du Keyros ölkəsi Braziliyanın “Globo” nəşrinə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı orta sahə oyunçusu mövsümün əvvəlində “Zenit”dən “Sabah”a icarəyə verilməsinə münasibət bildirib.
“Sambaçı” Azərbaycan çempionunun UEFA Çempionlar Liqasında iştirak etməsinin qərarına böyük təsir etdiyini gizlətməyib:
“Etiraf edim ki, “Sabah”a keçməyimə əsas səbəb bu komandanın Çempionlar Liqasında iştirak etməsi oldu. Çünki bu turnirdə böyük klublara qarşı oynamaq, Avropanın ən böyük səhnəsində özünü göstərmək şansı qazanırsan”.
“Sabah” Du Keyrosu mövsümün sonuna qədər icarəyə götürüb. Bakı klubunun braziliyalını birdəfəlik transfer etmək hüququ var.
