“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard Çempionşipdə çıxış edən “Reksem”in yeni baş məşqçisi ola bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.
Sabiq futbolçu klubdan təklif alacağı təqdirdə, “Reksem”i çalışdırmağa hazırdır. Komanda hazırda uğursuz nəticələr fonunda baş məşqçisi Fil Parkinsonla yollarını ayırmağı nəzərdən keçirir.
Bununla belə, Cerrard “Reksem”in yeganə namizədi deyil. Klubun siyahısında “Fulhem”in sabiq baş məşqçisi Skott Parker də yer alır.
“Reksem” Çempionşipdə 10 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
