Misli Premyer Liqasının VIII turunda "Şamaxı" öz meydanında "Şəfa"nı qəbul edib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Elnur Cəfərov (5) və Rauf Hüseynli (56 - pen.) fərqləniblər. Meydan sahiblərinin qollarını isə Jota (65), Həbib İsmayılov (82) və Rikardo Apolinario (90+3 - pen.) vurublar.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Şamaxı" turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Şəfa" isə 3 xalla 11-ci pillədə qərarlaşıb.
Günün son matçında "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
“Şamaxı” - “Şəfa” 3:2
Şamaxı şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov
Dördüncü hakim: Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Ceyhun Bağırzadə, 90+6 (qeyri-idman hərəkəti); // Fərid Yusifli, 27 (qeyri-idman hərəkəti); Kristofer Mamenqi, 50 (hakimin qərarına etiraz); Murad Musayev, 52 (qeyri-idman hərəkəti); Andrey Draqu, 90+8 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Araz Bağırov ( “Şamaxı” ), 85, 85 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Araz Bağırov, 85
Qollar: Jota, 65; Həbib İsmayılov, 82; Rikardo Apolinario, 90+5 (p.) // Elnur Cəfərov, 6; Rauf Hüseynli, 55 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
“Şamaxı”
1. Rikardo Fernandes (k)
5. Emin Rüstəmov
97. Oruc Məmmədov
(8. Teşaqer Dequ, 65)
10. Edqar Adilxanov
(80. Həbib İsmayılov, 65)
25. Filipe Markes
13. Rikardo Apolinario
11. Ayman Bouali
(14. Uğur Cahangirov, 82)
3. Jota
19. Abdullahi Şuaybu
(9. Tornike Axvlediani, 65)
4. Rui Paşeko
52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
7. Emil Süleymanov
77. Okan Təhməzli
88. Hacıəli Şirəliyev
17. Sənan Muradlı
66. Ceyhun Bağırzadə
Baş məşqçi: Azər Bağırov
“Şəfa”
12. Əlirza Müştəbazadə
28. Murad Musayev (k)
42. Elnur Cəfərov
(9. Luis Felipe, 66)
55. Rauf Hüseynli
(83. Nihad Quliyev, 66)
5. Arsen Ağcabəyov
6. Fərid Yusifli
(8. Vlad Pop, 77)
10. Dilan Mertens
18. Bafode Dansoko
17. Musa Quel
(29. Vüsal Qənbərov, 77)
11. Andrey Draqu
34. Kristofer Mamenqi
Ehtiyat oyunçular:
97. Tiaqo Silva
99. Məmməd Hüseynov
3. Tərlan Quliyev
21. İsmayıl Zülfüqarlı
23. Nahid Əliyev
77. Elmar Məmmədov
4. Maudo Jarjue
22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov
