Dörd ildən sonra “Sabah”dan milliyə çağırılacaq?

08:20 Sabah 115
Dörd ildən sonra “Sabah”dan milliyə çağırılacaq?

“Sabah”ın futbolçusu Akim Zedadka yenidən Əlcəzair millisinə çağırıla bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı sağ cinah müdafiəçisi baş məşqçi Brahim Hemdaninin diqqətini cəlb edib.

Zedadkanın “Sabah”ın heyətində xüsusən də Çempionlar Liqasındakı yüksək performansı diqqətçəkən olub.

Baş məşqçi yığmanın sağ cinah müdafiəsində yaranan boşluğu məhz Akimlə doldurmağı planlaşdırır. Bu səbəbdən onun növbəti təlim-məşq toplanışına dəvət edilməsi istisna deyil.

Akim Zedadka 2025-ci ilin yayından “Sabah”da çıxış edir. O, 2022-ci ildə İranla yoldaşlıq oyununda Əlcəzair millisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM