“Bunun cəzasını çəkdik”

14:20 Şamaxı 93
“Bunun cəzasını çəkdik”

“Zirə” ilə “Şamaxı” arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatdı.

Təbii ki, belə olacağı gözlənilmirduşi və bu nəticəni 7-ci turun sürprizi kimi qələmə vermək olar.

Hər halda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə elitada qalmağı hədəfləyən “Şamaxı”nı tərəzinin eyni gözünə qoya bilmərik.

İstənilən halda Zirə səfərində əldə olunan 1 xal bölgə təmsilçisi üçün qələbəyə bərabərdir.

“Şamaxı”nın portuqaliyalı müdafiəçisi Rui Paşeko Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Nəticənin ədalətli olduğunu düşünürəm.

Əlbəttə, hesabda 1:0 önə keçəndən sonra Zirədən 3 xalla qayıda biləcəyimizi düşünürdük. Oyunların taleyi getdikcə daha kiçik detallarla həll olunur.

Hər an 100 faiz hazır olmasaq, bunun cəzasını çəkəcəyik. Bu dəfə də məhz belə oldu.

24 yaşlı futbolçu milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasiləni bu cür şərh edib:

“Milli komandaların düşərgəsində olan çox sayda futbolçumuz var idi. Bu da müəyyən mənada həftə ərzində hazırlıq prosesimizə təsir edir.

Bununla belə, həmin oyunçuların milli komandalarını təmsil etməsi yaxşı haldır. Çünki onların çoxu üçün milli formanı geyinmək həyatda bir dəfə əldə edilə biləcək fürsətdir.

Belə vəziyyət bir çox komandada yaşanır. Buna görə də düşünmürəm ki, bu amil oyuna yanaşmamıza təsir göstərir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti