“Mən də daxil olmaqla, hər kəs millidə çıxış etməyə can atır”

08:40 Milli komanda 112
“Mən də daxil olmaqla, hər kəs millidə çıxış etməyə can atır”

“Tək mən yox, bütün futbolçular əsas millidə oynamaq istəyər.

Mən də daxil olmaqla hər kəs milli komandada çıxış etmək üçün can atır.

İnşallah, dəvət gələrsə, böyük məmnuniyyətlə ölkəmi təmsil etməyə hazıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri U-21 millisinin hücumçusu Ağadadaş Salyanski deyib.

O, Avropa çempionatının seçmə mərhələsinin son oyununda evdə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmanı dəyərləndirib:

“Çox istəyirdik ki, son oyunda qalib gələk. Bilirsiniz, Azərbaycan futbolu tarixində U-21 səviyyəsində ən çox 9 xal toplamışdıq.

Bu gün həmin rekordu yeniləmək üçün fürsətimiz var idi. Şükürlər olsun ki, bunu bacardıq və 10 xal topladıq.

Bu da bizim üçün tarixi nəticədir. Vaxt keçdikcə belə uğurları xatırlayanda insan nostalji hisslər yaşayır.

Buna görə çox sevinirəm. İnşallah, gələcək toplanışlarda futbolçular 10 yox, 15-20 xal qazanmağı bacararlar”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!