“Düzü, çox gözləmirdim”.
Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın yarımmüdafiəçisi Oruc Məmmədov Azərbaycan millisində debütündən danışıb.
22 yaşlı orta sahə oyunçusu Litva ilə Millətlər Liqasında keçirilən matçdan danışıb.
Start heyətində meydana çıxacağını gözləmədiyini deyən Oruc bunun ona əlavə motivasiya verdiyini bildirib:
“Amma futboldur, hər an hazır olmalıyam. Cavan oyunçuyam, bu, mənə əlavə motivasiyadır.
İlk oyunumda qələbə qazanmaq istəyirdim və buna nail oldum”.
Məmmədov Lixtenşteynlə heç-heçədən sonra komandanın bu oyuna hazırlığında Ayxan Abbasovun rolunu da qeyd edib:
“Ayxan müəllim sağ olsun, bizi çox dəstəklədi, arxamızda durdu. Hamı xarakter göstərdi.
Tənqidlərə çox da fikir vermədik. Qələbə qazandıq. Futboldur, hər şey ola bilər”.
