İtaliya klubu icarəyə götürmək istəyir - “Real”ın yarımmüdafiəçisini

00:00 İtaliya 87
İtaliya klubu icarəyə götürmək istəyir - “Real”ın yarımmüdafiəçisini

“Real”ın yarımmüdafiəçisi Bernardo Silva qış transfer dövründə Madrid təmsilçisindən ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyən klublardan biri “Yuventus”dur.

Turin təmsilçisi 32 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır. Bu halda onun maaşının bir hissəsini “Real” ödəyə bilər. Potensial transferin reallaşması Madrid klubunun bu şərtlərlə razılaşmasından asılıdır.

Silva “Real”a “Mançester Siti”dən azad agent kimi keçib. Onunla müddəti iki il olan müqavilə imzalanıb. Futbolçunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM