“Aqressiv idilər, işimizi çətinləşdirirdilər, şükürlər olsun ki...”

08:50 Sabah 97
“Aqressiv idilər, işimizi çətinləşdirirdilər, şükürlər olsun ki...”

“Çox vacib qarşılaşma idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri Umarali Rahmonaliyev deyib.

Özbəkistanlı yarımmüdafiəçi Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” ilə ilk ev oyunu (2:0) barədə danışıb:

“Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etdik. Bu oyunu səbirsizliklə gözləyirdik və qalib gəlməyimiz vacib idi.

Çünki Bakıda liqa mərhələsində ilk ev oyunumuz idi. Azarkeşlərimizin önündə qələbə qazanmaq bizi çox sevindirdi.

Qarşılaşma bizim üçün bir qədər çətin keçdi. “Slaviya”nın aqressiv oyunu işimizi çətinləşdirirdi.

Ancaq rəqibi təhlil etmiş və bu matça yaxşı hazırlaşmışdıq. Meydana tam hazır vəziyyətdə çıxmışdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM