“Şamaxı” və “Sumqayıt” qələbəni geridönüşlə qazandı

16 Oktyabr 20:57 Premyerliqa 1 427
“Şamaxı” və “Sumqayıt” qələbəni geridönüşlə qazandı

Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə "Şamaxı" "Şəfa"nı qəbul edib.

Qonaqlar 2 qolla hesabda irəli çıxsalar da, "Şamaxı" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. "Şamaxı" ardıcıl 7 oyundur ki, uduzmur. "Şəfa" isə ardıcıl 6-cı məğlubiyyətini alıb.

Digər oyunda "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olub. Bu matçda isə "Sumqayıt" 0:1 hesabı ilə geri düşsə də, sonda qalib gəlib - 2:1.

VIII tura oktyabrın 18-də yekun vurulacaq.

15:00. "Şamaxı" – "Şəfa" 3:2

Qollar: Jota Oliveyra 65, Həbib İsmayılov 82, Rikardo Apolinario 90+5-pen // Elnur Cəfərov 5, Rauf Hüseynli 56-pen
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.

VAR: Elvin Bayramov.

AVAR: Tərlan Talıbzadə.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov

"Şəfa": 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 4. Maudo Jarjue, 8. Vlad Pop, 9. Luis Felipe, 22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov

19:00. "Sumqayıt" – "Araz-Naxçıvan" 2:1

Qollar: Ronaldo Vaskez 62, Nihad Əhmədzadə 82 // Alberto Fernandes32

Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.

VAR: Əkbər Əhmədov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

SOCAR Polymer Arena

"Sumqayıt": 16. Marko Yohanson, 29. Emil Mustafayev, 17. Nihad Əhmədzadə, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tiaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 19. Roi Kehat, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.

"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli, 8. Mustafa Əhmədzadə, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 10. Çarlz Boli, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 29. Ceyhun Nuriyev, 13. Qabil Əlizadə, 2. Abdulla Rzayev, 53. Fərid Tağıyev, 21. İbrahim Piriyev, 12. Bruno Franko, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə