“Məşqlərimizin bəlkə də 70 faizi bitiricilik üzərində qurulur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli deyib.
O, komandada yaşanan bitiricilik probleminə toxunub:
“Xüsusilə bu baxımdan problem yaşayırıq. Məşqlərimizin bəlkə də 70 faizi bitiricilik üzərində qurulur.
Baş məşqçimiz dəfələrlə deyir ki, daha istəkli və daha rahat olmalıyıq. O, bizə inanır və bildirir ki, problem yoxdur.
Amma nədənsə bunu oyunlara tam şəkildə keçirə bilmirik. İnanıram ki, zamanla bu baxımdan da daha yaxşı nəticələr göstərəcəyk”.
