“Mahir sanki sönür” - Polşa mediasından XƏBƏRDARLIQ!

11:00 Bizimkilər 125
“Mahir sanki sönür” - Polşa mediasından XƏBƏRDARLIQ!

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv”un Polşa çempionatındakı çıxışı barədə adıçəkilən ölkədə məqalə dərc edilib.

Sportinfo.az xəbər verir ki, ilk 10 turda cəmi 3 xal toplayan komanda Ekstraklasanın hazırkı dönəminin ən zəifi adlanıb.

Startda 10 matçın 9-da məğlub olan “Rakuv”un bu çıxışı Polşada XXI əsrin ən uğursuz nəticəsi hesab olunub. Yerli KİV Çenstoxova təmsilçisinin biabırçı nəticələrini yay fasiləsindəki transfer siyasəti ilə əlaqələndirib.

Həmkarlarımız, demək olar ki, bütün yeni transferlərin ümidləri doğrultmadığını bildirib. Yalnız Emreli fərqləndirilib:

“Digərlərindən fərqli olaraq Mahir komandaya müəyyən töhfə verdi. Lakin o da hər keçən oyunda sanki sönür”.

Digər Xəbərlər
Xəbər Lenti