“Sabah”ın lideri “Neftçi”nin oyunçusu ilə niyə dava-dalaş saldı?

16:20 Milli komanda 161
“Sabah”ın lideri “Neftçi”nin oyunçusu ilə niyə dava-dalaş saldı?

Sportinfo.az “Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiçin müsahibəsini təqdim edir:

- Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə qolsuz heç-heçə etdiz. Matç haqnda fikirləriniz necədir?

– Düşünmürəm ki, bu, bizim ən yaxşı oyunumuz idi. Üç həftə ərzində birlikdə məşq etməmişdik. Çoxlu futbolçumuz milli komandaların düşərgəsində idi. Buna görə də bu gün ritmdən bir qədər uzaq olduğumuz görünürdü. Amma ümid edirəm ki, növbəti oyundan etibarən daha yaxşı çıxış edəcəyik.

– Matçda olan mübahisənin səbəbi nə idi?

– Bəli, xüsusi bir şey yoxdur. Belə hallar vacib oyunlarda baş verir. Hər kəs bir qədər həyəcanlı olur, hamı qazanmaq istəyir. Bu, normaldır və burada qeyri-adi heç nə yoxdur.

– Növbəti oyun Çempionlar Liqasında Çexiyanın “Slaviya Praqa” komandasına qarşıdır. Gözləntiləriniz nələrdir?

– Qarşıda bizi Çempionlar Liqasının vacib oyunu gözləyir. Həmin matçı səbirsizliklə gözləyirik. Növbəti iki gün ərzində hazırlaşacağıq və ümid edirəm ki, ən yaxşı performansımızı nümayiş etdirəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti