Misli Premyer Liqasının səkkizinci turunda “Sabah”ı qəbul edəcək “Qəbələ”nin heyətində itkilər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, “Qəbələ”ni qapıçısı Artur Motta məşqdə zədə aldığından sözügedən oyunda iştirak edə bilməyəcək.
“Qəbələ” - “Sabah” oyunu oktyabrın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.
“Qəbələ” dörd xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 16 xala malik “Sabah” isə ikincidir.
