Qasım İsmayılov Avropa birinciliyində 3 medala yiyələndi

04:20 Digər növlər 78
Qasım İsmayılov Avropa birinciliyində 3 medala yiyələndi

Atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.

Sportinfo.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin də zaldan izlədiyi yarışda atletimiz 3 bürünc medal qazanıb.

75 kq çəki dərəcəsində yarışan Qasım, birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.

Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib.

Beləliklə 2 hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM