Yaponları “lotoreya”da udan milinin futbolçularına onlar da PUL VERDİ

16:00 Milli komanda 184
Yaponları “lotoreya”da udan milinin futbolçularına onlar da PUL VERDİ

AFFA rəhbərliyi Qəbələdə təlim-məşq toplanışı keçən 20 yaşadək futbolçulardan ibarət millini mükafatlandırıb.

Komandamı ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

Rui Jorjenin çalışdırdığı U-20 daha sonra Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüşün əsas vaxtında qapılara qol vurulmayıb.

Penaltilər seriyasında millimiz 5:4 hesabı ilə qalib gəlib. Asiyalarla görüşdə qeydə alınan nəticə federasiya rəhbərliyinin diqqətindən kənarda qalmayıb.

Bu matçda iştirak edən oyunçulara 5000 manat mükafat ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti