“Bizə çox təzyiq etdilər”

03:30 Milli komanda 107
“Bizə çox təzyiq etdilər”

“Oyun bir qədər çətin başladı, çünki son oyundan sonra üzərimizdə müəyyən təzyiq var idi.

Lakin bunlara fikir vermədik və qolumuzu vurduq. Şükürlər olsun ki, qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Oruc Məmmədov deyib.

Yarımmüdafiəçi Litva üzərində 1:0 hesablı qələbəni belə dəyərləndirib:

“Az qol vururuq. Çoxsaylı epizodlar yaradırıq, amma fərqlənə bilmirik.

Üç oyunda iki qol vurmaq azdır. Amma bu futboldur. Rəqib də yaxşı komandadır.

Hesabda öndə olsaq da, bizə çox təzyiq etdilər. Belə hallar futbolda mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM