“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi və kapitanı Roy Kin komandanın futbolçularını sərt tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu “qırmızı şeytanlar”ın son illərdəki çıxışından narazılığını ifadə edib:
“Mançester Yunayted” hansısa sirkə çevrilib. Artıq futbol meydanında özlərini göstərməyin vaxtıdır. Bu futbolçular son bir neçə ildə komanda üçün heç nə etməyiblər”.
“Mançester Yunayted” Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda “Atletiko” ilə qarşılaşıb. Maykl Karrikin rəhbərlik etdiyi komanda İspaniya təmsilçisinə 0:2 hesabı ilə uduzub.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında isə 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
