"Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik"

00:40 Sumqayıt 69
"Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik"

Bu gün Misli Premyer Liqasında 7-ci turun matçları keçirilir."Araz-Naxçıvan" "Sumqayıt"la qarşılaşıb. "Kimyaçılar" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırıb:

- Bu qələbəyə görə xoşbəxtəm. Futbolçularım buna layiq idilər. Bütün bu müddət ərzində çox çalışmışıq və komandanın oyununda yüksəliş gözlənilən idi. Bugünkü oyuna pis başladıq. Bundan narazı qaldım. Rəqib orta xətdə dörd futbolçu ilə oynayaraq bizə sürpriz hazırlamışdı. Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün 10 dəqiqə vaxt sərf etdik. Mübarizələrdə asanlıqla uduzurduq. Rəqibin fərdi baxımdan güclü futbolçuları var. Çox kobud səhvdən sonra qol buraxdıq. Fasilədən sonra dəyişikliklər edərək yaxşı oynadıq. Çoxsaylı qol imkanları yaratdıq. Bu qədər qol epizodundan sonra qələbəyə layiq idik”.

- "Araz-Naxçıvan"ın qoluna qədər "Sumqayıt"ın qorxaq futbol oynadığını görürdük. Bu bir tapşırıq idimi?

- Düşünmürəm ki, biz qorxaq futbol oynadıq qola kimi. Amma, bildirdiyiniz kimi qoldan sonra sanki ayıldıq və rəqibin üzərinə gedərək qollar vuraraq qalib gəldik.

- Əsas hücumçuların yoxluğunda Nihad Əhmədzadə ilə oyuna başladınız...

- Komandadın 2 hücumçusunu eyni anda itirmək gözlənilməz oldu. Nihad gənc oyunçumuzdur.Əlindən gələni etdiyini düşünürəm. Etimadımızı doğrultdu.

- Növbəti turda sizi “Zirə” ilə oyun gözləyir. “Sumqayıt” artıq altı ildir ki, bu rəqibə qalib gələ bilmir. Rəqib haqqında məlumat toplamısınızmı və qələbənin yolunu tapa biləcəksinizmi?

- Onların oyunlarına baxmışam, amma təhlili gələn həftə aparacağıq. Belə bir statistikadan xəbərim yox idi. Bu uğursuz seriyaya son qoymağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM