Premyer Liqada oynamaq istəyir - “Benfika”nın hücumçusu

21:40 İngiltərə 112
Premyer Liqada oynamaq istəyir - “Benfika”nın hücumçusu

“Benfika”nın hücumçusu Vangelis Pavlidis karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdə maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yunanıstanlı forvard üçün İngiltərə çempionatı prioritet istiqamət hesab olunur.

“Tottenhem” və “Aston Villa” 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Bundan başqa, “Barselona”, “Yuventus”, “Milan” və “Roma” da Pavlidisin çıxışını izləyir.

Hücumçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Portuqaliya çempionatında 8 oyuna çıxıb və 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti