Toral yenə ehtiyatda qaldı, komanda yoldaşı 10 qolla tarixə düşdü

07:40 Bizimkilər 121
Toral yenə ehtiyatda qaldı, komanda yoldaşı 10 qolla tarixə düşdü

Türkiyə 1-ci Liqasının 10-cu həftəsi çərçivəsində keçirilən “Muğlaspor” – “Bursaspor” qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

Sportinfo.az xəbər verir ki, ilk yarısı qolsuz bitən matçın ikinci yarısında üstünlüyü ələ alan “Bursaspor” aktivinə 3 xal yazdırıb.

Milli komandamızın üzvü Toral Bayramov Bursa təmsilçisinin heyətində ardıcıl ikinci matçda sonunadək ehtiyatda qalıb.

Əvəzində onun komanda yoldaşı Keleçi İheanaço Türkiyə futbolunda peşəkar liqalarda ardıcıl 10 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

"Timsahlar” 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM