Komandamız DÇ-da üçüncü yer uğrunda matçı uduzdu

02:20 Futzal 100
Komandamız DÇ-da üçüncü yer uğrunda matçı uduzdu

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda uduzub.

Sportinfo.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda sözügedən oyunda Macarıstan millisinə məğlub olub.

Yığma əsas vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib – 2:3.

Azərbaycan komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzub.

U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM