Milliyə aid hər birimizi düşündürən məsələ - Bu, elə bir sualdır ki…

8 Oktyabr 16:20 Milli komanda 573
Milliyə aid hər birimizi düşündürən məsələ - Bu, elə bir sualdır ki…

Azərbaycan UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

D Liqasının 2-ci qrupunda yer alan millimiz üçüncü oyununda Litva ilə qarşılaşıb.

Sözügedən komandalar arasındakı görüş Bakıda baş tutub.

Millimiz daha öncə səfərdə Litva (1:1), evdə isə Lixtenşteynlə (0:0) heç-heçəyə razılaşıb. Litva isə Lixtenşteyni səfərdə 2:0 hesabıyla üstələyib.

Bu üzdən də millimiz qrup liderliyini ələ keçirmək üçün bu matçdan mütləq qalib ayrılmalıydı.

Ayxan Abbasovun çalışdırdığı kollektiv bu vəzifənin öhdəsindən çətinliklə də olsa, gəliblər. Millimiz yekunda 1:0 hesablı qələbəyə sevinib.

İndi Azərbaycan millisinin qarşısında ciddi sual var: əsas mərkəz hücumçusu kim olmalıdır və o, 90 dəqiqə ərzində komandaya nə qədər real qol təhlükəsi yarada bilir?

Azərbaycan artıq 5 xalla qrupun lideridir, Litvanın 4, Lixtenşteynin 1 xalı var. Növbəti oyunumuz 13 noyabrda səfərdə Lixtenşteynə qarşıdır.

Bu qələbədən sonra Azərbaycan üçün əsas məsələ artıq sadəcə qrupda lider olmaq deyil. Növbəti mərhələdə komandanın hücum keyfiyyətini artırmaq, yaradılan imkanların sayını və realizasiya faizini yüksəltməkdir.

Çünki Litva ilə oyun göstərdi ki, Azərbaycan müdafiə və keçid oyununda nəticə əldə edə bilir. İndi isə əsas sual budur:

Azərbaycan daha dominant, daha çox qol epizodu yaradan və xüsusilə hücumun son mərhələsində daha effektiv olan komandaya çevrilə biləcəkmi?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!