Məşhur hücumçu və anası korrupsiya ilə bağlı cinayət işində dindirildi

10:20 Fransa 107
Məşhur hücumçu və anası korrupsiya ilə bağlı cinayət işində dindirildi

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe, eləcə də onun anası və meneceri Fayza Lamari korrupsiya ilə bağlı cinayət işi çərçivəsində ifadə veriblər.

Sportinfo.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, istintaq Fransa milli komandasının təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Məhəmməd Sanhacinin fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, fransalı ulduz futbolçu sentyabrın 30-da, anası isə oktyabrın 9-da dindirilib. Lamari dörd viza alınmasında Sanhacidən kömək istəməkdə şübhəli bilinir.

Dindirilmə nəticəsində ona müdafiə hüququ olan şahid statusu verilib. Bu o deməkdir ki, istintaqın onun prosesdə iştirakı ilə bağlı şübhələri var, lakin rəsmi ittiham irəli sürmək üçün hələlik kifayət qədər sübut yoxdur.

Kilian Mbappeyə gəldikdə isə müstəntiqlər futbolçunun 2022-ci il Dünya Çempionatının mükafat pullarından Sanhaciyə etdiyi 60,300 avro məbləğində ödənişi araşdırırlar.

Bu əməliyyatdan bir ay sonra keçmiş təhlükəsizlik rəisi hücumçunu qohumlarına baş çəkmək üçün getdiyi Kamerun səfərində müşayiət edib. Hüquq-mühafizə orqanları indi bu hadisələr arasında mümkün əlaqəni müəyyənləşdirməyə çalışırlar.

Məhəmməd Sanhacinin özünə hələ sentyabrın 16-da korrupsiya, nüfuzdan sui-istifadə, dələduzluq və çirkli pulların yuyulması şübhəsi ilə rəsmi ittiham irəli sürülüb.


Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!