"Qəbələ"nin qapıçısı Səlahət Ağayev Premyer Liqanın 6-cı “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən sonra Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq qarşılaşma barədə danışıb:
"Bu gün oyuna pis başlamamışdıq. Bəlkə də birinci hissədə daha üstün oynadıq. Amma keyfiyyət öz sözünü deyir. Vurulan qola baxanda bunu görürük. Breno təhlükəli oyunçudur. Əlinə düşən fürsətdən maksimum istifadə etdi.
Açığı, 3:0-lıq oyun deyildi. Bundan sonra edəcək nəsə yoxdur. Fikrimizi qarşıdakı oyunlara verəcəyik".
Təcrübəli kiper qərarları geniş müzakirə olunan baş hakim Cavid Cəlilovun idarəçiliyinə toxunub:
"Fasilələr çox olurdu. 65-ci dəqiqədə "Neftçi"nin oyunçusu Şkribekə qırmızı vərəqə verməməsinə reaksiya verdim. Çünki qərar təəccüblü gəldi. Baş hakimə yaxınlaşıb bu barədə soruşdum. Cavab verdi ki, VAR-dan çağırmayıblar".
Ağayev sonda azarkeşlərlə arasında yaşananlara da toxunub:
"Azarkeşlərlə aramda ciddi problem yoxdur. “Qəbələ” azarkeşləri ilə bir-birimizi çox yaxşı başa düşürük. Bir-birimizə hörmət edirik. Oyun epziodu barədə aramızda danışıq oldu. Böyüdüləcək nəsə yoxdur".
XANOĞLAN
