21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq ilə üz-üzə gəlib.
B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.
U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub. Dubla imza atan Salyanski danışıb:
“Sevinirəm ki, iki qol vurdum. Bundan əvvəl də klubda mövsümə başlayarkən fərqlənmişəm.
Düşünürəm ki, mövsümə yaxşı başlamışam. Amma bununla kifayətlənmək olmaz.
Qarşıda oyunlarımız var və həmin matçlarda maksimumumu göstərmək istəyirəm.
Əsas məqsədim daha çox qol vurmaqdır.İnşallah, gələcək toplanışlarda da bunun davamı gələr”.
