Bakıdan qayıdan çexiyalı jurnalist görün bizdən nələr yazdı!

Bakıdan qayıdan çexiyalı jurnalist görün bizdən nələr yazdı!

“Sabah” “Slaviya”nın 19 illik sindromunun qırılmasına imkan vermədi.

Çempionlar Liqasında sonuncu dəfə 2007-ci ildə ilk və son qələbəsini qazanan “qırmızı-ağlar” o vaxtdan bu yana Avropanın bir nömrəli klub turnirində qələbənin nə olduğunu bilmir.

Elkə çexiyalılara da yer edən budur – lənətlənmiş seriyanın davam etməsi.

Çexiyanı ünlü portallarından olan İdnes.cz saytında Bakıdakı qarşılaşma ilə bağlı maraqlı yazı dərc olunub.

Ölkəmizə səfər edən İrji Çixaak adlı həmkarımız Azərbaycan çempionuna 0:2 hesabı ilə uduzan “Slaviya”nı baltalayanda, istəyərək, yaxud istəməyərək “Sabah”ı aşağılayıb.

Məqaləni azərbaycancaya tərcümə edərək olduğu kimi təqdim edirik.

Bu, artıq lənətə bənzəyir. “Slaviya” adlı futbol komandası və Çempionlar Liqası. Bir-biri ilə uzlaşmayan iki dünya.

Çərşənbə axşamı uzaq Azərbaycanda yerli “Sabah” ilə qarşılaşan “Slaviya”nın bundan daha münasib rəqib arzulaması çətin olardı. Xəzər dənizinin sahilindəki neft platformalarının yaxınlığında cəmi 9 il əvvəl yaradılmış, qara-çəhrayı loqoya malik klubun nə ruhu, nə də öz stadionu var.

“Slaviya” futbolun ən nüfuzlu klub turnirində artıq 21 oyundur qələbə qazana bilmir və Avropanın arzuolunmaz rekorduna yaxınlaşır. Bundan betəri Rumıniyanın FCSB klubuna məxsusdur. Həmin komanda 2006–2013-cü illər arasında ardıcıl 23 oyunda uğur qazana bilməyib. “Slaviya”da isə 2007-dən bu yana davam edir.

Çərşənbə axşamı Bakıda qonaqlar ilk hissəni yatmış vəziyyətdə keçirdilər. Fasilədən sonra meydana qayıdaraq uzunmüddətli ötürmələrlə rəqibi yormağa çalışdılar. Lakin Mosesin meydanın rəqibə aid hissəsində topu itirməsindən sonra “Sabah” sürətli, şaquli hücumla onları cəzalandırdı.

Bu, sonuncu belə epizod olmadı. Qapıçı Markoviçin kobud səhvi və Mosesin komik şəkildə sürüşüb yıxılması nəticəsində meydan sahibləri oyunun bitməsinə iki dəqiqə qalmış daha bir qol vurdular.

Hesabdakı üstünlüyünü qorumağa çalışan və son yarım saat ərzində öz qapısının qarşısının qarşısında müdafiəyə çəkilən “Sabah”ı sıxışdıran “Slaviya” nə etdi ki? Praqa təmsilçisi rəqib qapısına ciddi təzyiq göstərsə də, möhtəşəm oyun nümayiş etdirən Pokatilovu ən real qol imkanları ilə belə məyus edə bilmədi. Nəticədə məğlub futbolçular gecəyarısından sonra tamamilə pərişan halda Praqaya uzun səfərə çıxdılar.

Bu komanda Bakıda da son illərdə daxili arenadakı bütün uğurlarına baxmayaraq, üzərində ağır yükə çevrilən sualdan yaxa qurtara bilmədi.

Nə vaxt? Çempionlar Liqasında qələbə nəhayət nə vaxt gələcək?

İndiyədək buna cəmi bir dəfə nail olmaq mümkün olub - 2007-ci ilin sentyabrında Strahov stadionunda Buxarestin “Styaua” komandasına qarşı keçirilən oyunda. Həmin vaxt qırmızı-ağ formada meydana çıxan qəhrıman futbolçuların taleyini isə bu gün çox az adam xatırlayır.

Məsələn, “Sehrbaz” ləqəbli qapıçı Vanyak karyerasını başa vurduqdan sonra bir müddət İsveçrəyə köçüb və orada tikintidə işləyərək pul qazanıb.

Saqqalı ilə seçilən cinah müdafiəçisi Krajçik Slovakiyada məişət və kosmetika məhsulları satan mağazalar şəbəkəsi işlədir. Soyadı xarici şərhçilərin tələffüz etməkdə çətinlik çəkdiyi Drijdala isə həvəskar ilan yetişdiricisinə çevrilib.

Yarımmüdafiəçi Voleşak tikinti materiallarının satışı ilə məşğul olan biznes qurub və özü üçün ekskavator alıb. Şenkerj klarneti əlinə götürərək sevdiyi Valaxiya xalq mahnılarından birini ifa etməyi xoşlayır. Uzunayaqlı, hörümçəyi xatırladan futbolçu Tavares isə komandanın əcnəbi köməkçilərindən biri kimi Avstraliyada çıxış etdiyi müddətdə sörfinqə aludə olub.

Bəlkə də artıq unutmusunuz, “Styaua” üzərində 2:1 hesablı qələbəni həmin vaxt 20 yaşlı istedadlı futbolçu Belaidin qolu təmin etmişdi. O, hazırda Parisdə məşqçilik lisenziyası almaq üçün təhsil alır və 40 yaşına yaxınlaşmasına baxmayaraq, hələ də aşağı liqalarda futbol oynayır.

2007-ci ilin sentyabr ayında dünya bazarında ilk iPhone-un satışa çıxarılmasından cəmi üç aya yaxın vaxt keçmişdi. Praqanın meri Pavel Bem 2016-cı il Olimpiya Oyunlarını şəhərə gətirmək niyyətini rəsmən açıqlamışdı. “Slaviya” isə futbolun ən nüfuzlu klub turnirində qazandığı qələbəyə görə indiki məzənnə ilə təxminən 16,5 milyon kron əldə etmişdi (indiki məzənnə ilə 677 min avro – H.).

İndi isə UEFA hər qələbəyə görə 50 milyon krondan çox ödəyir (2,1 milyon avro – H.).

Çempionlar Liqası 36 iştirakçının mübarizə apardığı turnirə çevrilib, oyunların sayı artırılıb və yarışın formatı əsaslı şəkildə dəyişdirilib.

Lakin bu dəyişikliklər də baş məşqçi Trpişovskinin rəhbərlik etdiyi “Slaviya”ya ən çox arzuladığı şeyi qazandırmayıb.

Əgər “Lans”la ilk turdakı oyunun sonluğu qəzəbləndirici idisə, Bakıdakı hadisələr Praqa təmsilçisinin futbolçularını sözün əsl mənasında ağlamaq həddinə çatdırmalı idi.

Neçə real qol imkanını boşa verdilər? Tori ən azı iki fürsətdən yararlana bilmədi. Provod isə qapıçı meydançasının içərisindən iki dəfə fərqlənə bilmədi. Bütün bunların fonunda ilk hissədəki dəhşətli oyun da vardı.

Əgər Çempionlar Liqasının tarixində ən pis ilk hissə seçilsəydi, Bakıdakı qarşılaşmanın ilk 45 dəqiqəsi rahatlıqla ilk üçlükdə yer ala bilərdi. 30 dəqiqədən çox müddətdə qapıya bircə zərbə belə vurulmadı. Oyunda sanki heç bir dinamika yox idi, emosiyalar da hiss olunmurdu.

Azarkeşlər də darıxırdılar.

Hətta giriş qapılarındakı son dərəcə sərt yoxlamalara baxmayaraq, oyunun başlamasına bir neçə dəqiqə qalmış tribunaların təxminən yarısını dolduran meydan sahiblərinin azarkeşləri də bəzi anlarda açıq-aşkar darıxmış görünürdülər. Onlar telefonlarının işıqlarını yandırır, bir-birlərinə əl yelləyirdilər. “Slaviya”nın baş məşqçisi Trpişovski isə o anda əllərini başına tutmuşdu.

Bu qədər səhv! Bu qədər top itkisi! Bu qədər uğursuz ötürmə!

Fasilədən sonra isə qapılarında iki qol gördülər. Beləliklə, şöhrət əvəzinə “Slaviya” biabırçılıqla üzləşdi. Üstəlik, Praqa təmsilçisini cəmi bir həftə sonra “Fənərbağça” ilə oyun gözləyir.

HƏBİB hazırladı

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti