Gedənlərə rəhmət oxutduran əcnəbiləri TANIYIN

16 Oktyabr 23:00 Premyerliqa 178
Gedənlərə rəhmət oxutduran əcnəbiləri TANIYIN

Qaş düzəldən yerdə vurub göy çıxardılar...

“Araz-Naxçıvan” və “Qəbələ”nin taleyinə baxanda bu misalı xatırlamamaq mümkün deyil.

Hər iki klub milli fasilədən öncə baş məşqçi dəyişikliyinə getdi. Muxtar respublika təmsilçisi Cavid Hüseynovu Yuri Maksimovla əvəzlədi. “Qəbələ” isə Kaxa Berdiyevlə yollarını ayıraraq boş qalan posta Şimali Makedoniyalı Yeton Beqirini dəvət etdi.

Düşünmək olardı ki, 19 günlük fasilə müddətində hər iki mütəxəssis komandalarını toparlayar, öz oyun sistemini və modelini futbolçulara daha yaxşı səviyyədə aşılamağa nail olar.

Yəni bu fasilə toparlanmaq və daha yaxşı qayıtmaq üçün çox yaxşı fürsət idi.

Əslində, fasilədən yaxşı qayıtmaq üçün rəqiblər də münasib idi.

“Araz-Naxçıvan” Şamaxıda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”i qəbul edirdi.

"Qəbələ” isə səfərdə bu mövsüm qələbə qazana bilməyən “Sumqayıt”ın qonağı idi.

Amma biz tam əksini gördük.

“Araz-Naxçıvan” 0:2, “Qəbələ” isə 1:4 hesabı ilə məğlub oldu.

Nə “Araz-Naxçıvan” “Kəpəz”ə ciddi müqavimət göstərə bildi, nə də “Qəbələ” “Sumqayıt”a.

Açığı, Cavid Hüseynovun dönəmindəki “Araz-Naxçıvan” indiki komandadan daha yaxşı təsir bağışlayırdı. Eyni sözləri Kaxaber Tsxadadzenin rəhbərliyi altında çıxış edən “Qəbələ” barədə də demək olar.

Görünən odur ki, 19 günlük fasilə ərzində mütəxəssislər komandalarına ciddi toxunuşlar edə bilməyiblər.

Dəyişən elə bir şey yoxdur. Hər iki klubda inkişafdan çox geriləmə müşahidə olunur.

Bugünkü mənzərə budur. Gözləyək, görək, mövsümün gedişində hər iki mütəxəssis fərqli nəsə yarada biləcəkmi?

Əks halda, hər iki klub da yol saldığı baş məşqçilərə rəhmət oxumalı olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM