“Barselona”nın qış transfer pəncərəsi üçün planları ilə bağlı yeni məlumat yayılıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik sağ cinah müdafiəçiləri Jül Kunde və Erik Qarsiyanın çıxışından razıdır.
Ancaq klubun idman direktoru Dekunun fikrincə, bu mövqenin gücləndirilməsinə ehtiyac var.
Dekunun transfer siyahısında “Tottenhem”dən Pedro Porro və “Liverpul”dan Ceremi Frimponq yer alır.
Flik isə qış transfer dövründə komandaya yeni mərkəz müdafiəçisinin cəlb olunmasını istəyir. Tərəflər bu məsələ ilə bağlı müzakirələri davam etdirsələr də, hələlik ortaq qərara gələ bilməyiblər.
“Barselona” 8 turdan sonra 24 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.
