"Etiraf etmək lazımdır ki..."

10:40 Sabah 112
"Etiraf etmək lazımdır ki..."

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan mətbuatına açıqlamasında Çempionlar Liqasının 2-ci turunda “Slaviya” üzərində qazanılan 2:0 hesablı qələbəni dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiper bu münasibətlə hər kəsi təbrik edib.

Qazaxıstan millisinin üzvü bu qalibiyyəti əzmkar mübarizə ilə əlaqələndirib:

“Bizim üçün əlamətdar hadisə oldu. Qələbə münasibətilə Azərbaycan xalqını,

“Sabah” azarkeşlərini, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. “Slaviya” çox çətin rəqib idi.

Etiraf etmək lazımdır ki, bizim üçün ağır mübarizə oldu. Lakin sonda qalib gəlmək sevindiricidir.

Bunun üçün meydanda çox güc sərf etdik. Eyni əzmdə çalışqanlılığımızı davam etdirəcəyik”.

“Sabah” turnirin növbəti turunda oktyabrın 20-də Dortmund “Borussiya”sını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti